Главная > gundem, hadise > Məhkum qadın həbsxanada özünü asdı

Məhkum qadın həbsxanada özünü asdı


26-03-2016, 07:16. Разместил: realtv
 Məhkum qadın həbsxanada özünü asdıAzərbaycanda məhkum qadın intihar edib.

Hüquq-mühafizə orqanlarından APA-ya verilən məlumata görə, Ədliyyə Nazirliyi Penitensiar xidmətin Şəki Penitensiar Müəssisəsində saxlanılan Zaqatala rayon sakini, 1959-cu il təvəllüdlü Məryəm Əyyub qızı Murtuzova martın 25-də özünü örpəklə özünü asaraq intihar edib.

Onun 2015-ci ildə narkotik vasitələrin qanunsuz dövriyyəsində ittiham olunaraq 6 il 5 ay müddətinə həbs cəzasına məhkum edildiyi bildirilir.

Faktla bağlı Şəki rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.
Вернуться назад