Главная > gundem, hadise > Ağır qəza: 2 nəfər öldü, 4 nəfər yaralandı

Ağır qəza: 2 nəfər öldü, 4 nəfər yaralandı


20-02-2016, 20:45. Разместил: realtv
Ağır qəza: 2 nəfər öldü, 4 nəfər yaralandıTərtərdə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın verdiyi məlumata görə, hadisə Bərdə-Tərtər yolunun Tərtərin Sarıcalı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

"VAZ" və "Mercedes" markalı minik avtomobillərinin toqquşması nəticəsində iki nəfər ölüb. Onlar "VAZ"ın sürücüsü, 1983-cü il təvəllüdlü Hüseynov Tehran Həsən oğlu və "Mercedes"də olan sərnişin Rəfiqə Kazımovadır.

Qəza nəticəsində, həmçinin Abşeron rayon sakinləri - 1974-cü iç təvəllüdlü Qurbanov Nofəl Səttar oğlu və onun həyat yoldaşı, 1981-ci il təvəllüdlü Qurbanova Mənsurə Kazım qızı, Tərtər rayon sakinləri - 2000-ci il təvəllüdlü Baxşalıyev Elşən Qardaşxan oğlu və 1970-ci il təvəllüdlü Kazımov İsa Sabir oğlu xəsarət alıblar. Onlar Bərdə Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.
Вернуться назад