Главная > gundem, is elanlari > Zakir Fərəcov təhsil şöbəsinin müdirini işdən çıxardı

Zakir Fərəcov təhsil şöbəsinin müdirini işdən çıxardı


9-09-2015, 21:13. Разместил: realtv
Zakir Fərəcov təhsil şöbəsinin müdirini işdən çıxardıSumqayıt Şəhər Təhsil Şöbəsinin müdiri vəzifəsindən azad olunub.

İnterAz xeberle.com-a istinadən istinadən xəbər verir ki, bu dəqiqələrdə Sumqayıt şəhər icra hakimiyyətinin başçısı Zakir Fərəcov müşavirə keçirir.

Müşavirə zamanı Sumqayıt şəhər təhsilində vəziyyətin ürəkaçan olmadığı bildirilib. Təhsil şöbəsinin müdir əvəzi Vaqif Ələkbərov işində verdiyi nöqsanlara görə vəzifəsindən azad olunub. İcra başçısı qeyd edib ki, təhsil sahəsində çalışanlar yalnız təhsillə məşğul olmalıdırlar: "Tədbirlər zamanı dərsdən qalma, qəbul zamanı pul alma məsələləri tamamilə yığışdırılacaq".

Vaqif Ələkbərovun yerinə isə Sumqayıt şəhər Təbiət Elmləri Təmayüllü Gimnaziyanın direktoru, "Əməkdar müəllim" Əhmədov Nizami Hüseyn oğlunun təyin olunacağı gözlənilir
Вернуться назад