Главная > gundem, is elanlari > 150 ballıq tələbə təhsilə necə başağrısı olurdu...

150 ballıq tələbə təhsilə necə başağrısı olurdu...


31-08-2015, 22:01. Разместил: realtv
150 ballıq tələbə təhsilə necə başağrısı olurdu...2015-2016-cı tədris ili üçün ali təhsil müəssisələrinə bakalavriat səviyyəsi üzrə minimum keçid balı əvvəlki illərdən fərqli olaraq aşağı salınmadı.

Təhsil Nazirliyinin yaydığı açıqlamada bildirilir ki, Prezident yanında Təhsil üzrə Komissiyası Təhsil Nazirliyinin təklifini nəzərə alaraq ali təhsil müəssisələrinə bakalavriat səviyyəsi üzrə minimum keçid balını 200 bal müəyyənləşdirib.

Nazirlik hesab edir ki, universitetlərə bakalavriat səviyyəsi üzrə minimal keçid balının qaldırılması ali təhsil müəssisələrində tədris mühitinin yaxşılaşdırılmasına, təhsilə daha hazırlıqlı tələbə kontingentinin cəlb olunmasına təsir göstərəcək.

Təhsil üzrə ekspertlər də keçid balının 200 bal səviyyəsində saxlanılmasının təhsilin keyfiyyətinə müsbət təsir göstərəcəyini düşünürlər.

RL.tvi Milli.Aza istinadən bildirir ki, Azərbaycan Təhsil Şurasının sədri, professor Əjdər Ağayev virtualaz.org saytına açıqlamasında bildirib ki, keçid ballarının aşağı salınmaması keyfiyyətli kadrların yetişdirilməsi ilə nəticələnəcək: "Keçid balının aşağı salınmaması abituriyentin məsuliyyətli olmasına, öz üzərində işləməsinə səbəb olacaq. Nəticədə təhsilin keyfiyyəti yüksələcək. Bundan əlavə, keçid balının azaldılması yüksək bal toplayan abituriyentlərə qarşı ədalətsizlik idi. Balları yüksəltməklə ədalətsizlik aradan qaldırıldı".

Professor Əjdər Ağayev

Ə.Ağayevin fikrincə, növbəti illərdə keçid balı daha da artırılmalıdır: "Hesab edirəm ki, gələcəkdə keçid balı 300 bal səviyyəsində saxlanıla bilər. Bu da özünü tələbələrin, kadrların səviyyəsində büruzə verəcək. Keçid balının aşağı salınmaması ali təhsilin keyfiyyətinə öz müsbət təsirini göstərəcək".

Deputat Zahid Oruc da keçid balının artırılmasının tərəfdarıdır.

Zahid Orucun sözlərinə görə, 150 bal toplayaraq ali məktəblərə daxil olan tələbələr əmək bazarında yalnız problem yaradıblar: "Təhsil Nazirliyinin bu qərarı böyük əhəmiyyət daşıyır. Keçid balının artırılması tələbələrin daha məsuliyyətli olmasına təsir edəcək. Eyni zamanda orta məktəblər də yüksək bilikli şagirdlər yetirməkdə maraqlı olacaqlar. 150 bal sistemi ilə ali mətkəblərə daxil olan tələbələr əmək bazarında ciddi problemlər yaradırdı. Onlar dövlət qulluğuna qəbul zamanı müsabiqələrdən keçə bilmirdilər".

Deputat Zahid Oruc

Z.Oruc bildirdi ki, az balla ali məktəbə daxil olanlar təhsilini də elə o səviyyədə başa vururlar: "150 ballıq tələbə ordusu sadəcə universitetlərin "yemi" idi. Belə tələbələr iqtisadi, siyasi elitaya daxil ola bilmirdilər. Təsəvvür edin ki, ikinci yerləşdirmə dövründə universitetlərə daxil olanların sayı birinci dövrdən qat-qat yüksək olurdu. Bu, təhsilə yiyələnmək deyil, diploma sahib olmaq uğrundakı yarışın tərkib hissəsidir. Buna görə də Azərbaycan beynəlxalq təhsil rəqabətində istədiyi yeri tuta bilmirdi".

Z.Oruc qeyd etdi ki, keçid balının aşağı sərhəddinin yuxarı qaldırılması bundan sonrakı dövrdə təhsilin səsiviyyəsinin yüksəlməsinə, əmək bazarında ixtisaslı kadrların mövqeyinə, universitetlər arasında rəqabətə təsir göstərəcək. Texniki bazası yüksək olmayan, sadəcə savadsız tələbələr ordusuna sahiblənmək üçün yaradılmış təhsil müəssisələrinin fəaliyyətinin üzərindən xətt çəkəcək.

Qeyd edək ki, Təhsil Nazirliyinin keçid balının 200 bal səviyyəsində saxlanılması təklifi İqtisadiyyat və Sənaye, Ədliyyə, Maliyyə nazirlikləri, TQDK tərəfindən də dəstəklənib.

Tələbə qəbulu zamanı bu il ilk dəfə olaraq Təhsil Nazirliyinin təklifi ilə geologiya, kompüter elmləri - 300 bal, elektronika, telekommunikasiya və radiotexnika mühəndisliyi, informasiya texnologiyaları və sistemləri mühəndisliyi, inşaat mühəndisliyi, nəqliyyat tikintisi mühəndisliyi - 250 bal müəyyənləşdirilib.

Cari ildə bu ixtisaslar üzrə ümumi balı yuxarıda qeyd olunan baldan aşağı olmayan abituriyentlər tələbə adını qazanıblar. Növbəti illərdə prioritetliyi nəzərə alınaraq bu qrupa aid olan ixtisasların siyahısı daha da artacaq.

Onu da xatırladaq ki, ötən tədris ilinin faktiki qəbuluna nisbətən növbəti tədris ili üçün bakalavriat səviyyəsinə qəbul planı 3 faiz artırılaraq 38831 yer (onlardan 11799 dövlət sifarişli) müəyyən olunub.

Qiyabi təhsil forması üzrə plan yerləri 30 faiz azaldılıb və bu yerlərin hesabına əyani təhsil üzrə tələbə qəbulu artırılıb. Bu il həmçinin müəllimlik ixtisaslarına qiyabi təhsil forması üzrə qəbul aparılmayıb.

2015-ci ildə qəbul planı 84,6% icra olunsa da qəbul olunan tələbələrin sayı 2012-ci və daha əvvəlki illərdəki eyni göstəricidən yuxarıdır və dövlət ali təhsil müəssisələrinə tələbə qəbulunun göstəriciləri əvvəlki illərə nisbətdə artıb.

Dövlət sifarişi üzrə plan yerləri iqtisadiyyat və idarəetmə, humanitar və sosial, səhiyyə, rifah və xidmət ixtisas qruplarına daxil olan ixtisaslar üzrə azaldılıb, həmin yerlərin hesabına təhsil, texniki və texnoloji ixtisaslarına dövlət sifarişi yerləri artırılıb.
Вернуться назад