Главная > gundem, > Alimlər insan beyni hazırladı

Alimlər insan beyni hazırladı


22-08-2015, 22:06. Разместил: realtv
Alimlər insan beyni hazırladıOhio Dövlət Universitetinin alimi Rene Anand laboratoriya şəraitində 5 həftəlik dölün beyni ilə eyni ölçüdə beyin hazırlayıb.

Publika.az-ın xarici mətbuata istinadən verdiyi xəbərə görə, alim bildirib ki, bu sadəcə inkişaf edən bir beyin deyil, həm də bir beyin kimi bütün genləri göstərir.

Beyində çoxlu sayda hüceyrə, beynin bütün əsas hissələri var, ancaq damar yoxdur.

Beyin insanın dəri hüceyrələrindən hazırlanıb və bu ana qədər hazırlananlar arasında həqiqətə ən yaxınıdır.

Beyin üçün istehsal edilən yeni dərmanların bu beyin üzərində test edilməsi alimlərin işini bir az da asanlaşdırmış olacaq. Aparılan araşdırmaların sinir sistemi xəstəliklərinin müalicəsində də effektli təsir göstərəcəyi gözlənilir.
Вернуться назад